MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

UFAZ tələbələri üçün buraxılış mərasimi

Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon UFAZ-ın 135 bakalavr tələbəsi və 35 magistr tələbəsi üçün fransız diplomlarının təqdim edilməsi münasibətilə keçirilən buraxılış mərasimində iştirak etməkdən məmnunluq duydu. Tədbirdə Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru cənab Vazeh Əsgərov və Strasburq Universitetinin professoru Pierre Collet də iştirak edirdilər.

 

Fransız-Azərbaycan ikili diplomları sayəsində təhsillərini davam etdirmək və ya peşəkar karyeralarına başlamaq üçün ən yaxşı imkanlardan istifadə edə biləcək tələbələri təbrik edirik. UFAZ kollektivini də təbrik edirəm, tələbələrin uğurları onların da uğurlarıdır.

 

UFAZ Azərbaycanın ən yaxşı ali təhsil müəssisələri sırasında yer alır və inkişaf etməkdə davam edir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow