MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Bakı fransız Liseyinin ibtidai sinif şagirdləri üçün İFA-da « gənclər və idman » başlıqlı dərnək

Cümə axşamı 19 oktyabr tarixində Bakı fransız Liseyinin 12 ibtidai sinif şagirdi Azərbaycanda fransız İnstitutunda « gənclər və idman » başlıqlı dərnəkdə iştirak ediblər. İnstitutun İcraçı Direktoru cənab Conatan ÜNLÜ şagirdləri qarşıladıqdan sonra dərnəyin aparılmasını da öz üzərinə götürüb. Dərnək üç hissəyə bölünərək təqdim edilib və ilk olaraq Paris 2024 Olimpiya Oyunlarının təqdimat videosu ilə başlayıb. Bundan sonra uşaqlara daha iki qısa video nümayiş olunub. Onlardan biri idmançıların məşqlərinə digəri isə qazandıqları uğurlara aid olub. Son olaraq uşaqlara qısametrajlı komediya janrında idmana aid cizgi filmi nümayiş etdirilib. Şagirdlərin idman mövzusunda biliklərini yoxlamaq üçün onlara planşetlər üzərindən kiçik sorğu-sual təqdim olunub. Görüşün sonunda İFA-nın kitabxanasının kitab fondundan seçmə kitablar şagirdlərin idmana maraqlarının daha da artması üçün oxumaq üçün təqdim edilib. Paris 2024 Olimpiya oyunlarına 300 gündən az bir zamanda idman mövzusuna dair tədbirlər keçirmək ilin mühim çağırışlarındandır. 

 

Əgər siz də Azərbaycanda fransız dili müəllimi kimi işləyirsinizsə və şagirdlərinizlə bizim mərkəzə gəlmək istəyirsinizsə irəlidəki elektron ünvanına müraciət edə bilərsiniz : contact@ifa.az

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow