MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Xəzər Universitetində Avropa Dilləri Günü (26 sentyabr)

Bütün dünyada hər il 26 sentyabr qeyd olunan Avropa Dilləri Günü insanları dil öyrənməyə sövq etmək və Avropanın zəngin dil irsini təbliğ etmək məqsədi daşıyır. 

Fransa səfirliyi, Fransız İnstitutu cə Campus France bu il bir daha iştirak edərək Bakıdakı Avropa Birliyi Nümayəndəliyi ilə birgə Xəzər Universitetində təşkil olunmuş tədbirdə Aİ-nin bir sıra digər üzv dövlətlərinin nümayəndəlikləri ilə yanaşı iştirak etdi.

Müxtəlif Avropa dillərinə aid təşkil olunan oyunlar zamanı bir çox tələbə əyləncəli fransız idiomatik ifadələrinin mənasını tapmağa cəlb olundular ! Daha sonra onlar Fransanın dil, mədəniyyət  (və qastronomiya) stendində qarşılandılar və burada xüsusi olaraq Azərbaycan Fransız İnstitutunun təklif etdiyi kurslar və tədbirlər və Fransada təhsil imkanları haqqında məlumat əldə edə bildilər.
 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow