MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

ADA Universitetində təşkil olunmuş Aİ Yay Düşərgəsində Fransa və onun mədəniyyəti haqqında təqdimat

İyunun 21-də Fransa səfirliyi ADA Universitetində təşkil olunmuş 8-ci Avropa İttifaqı Yay Düşərgəsinin “Diplomatiya” həftəsi çərçivəsində təqdimata dəvət olunub.

 

9-14 yaş arası olan iştirakçılar böyük maraq göstərdilər və beləliklə, Fransanın tarixi, mədəniyyəti, dili, ən gözəl turistik yerləri, qastronomiya, məşhur fransız dili, əsas idman və mədəniyyət tədbirləri və s. haqqında biliklərini dərinləşdirə bildilər.

 

Bu, həm də onlara diplomat sənətini və səfirliyimizin Azərbaycandakı missiyalarını izah etmək imkanı idi. Biz uşaqlara uğurlu davamiyyət arzulayırıq və ümid edirik ki, bu onları Fransa ilə daha da çox maraqlanmağa sövq edəcək və onu öz gözləri ilə kəşf etmək istəyi yaradacaq.

ada summer camp

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow