MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

MUSİQİ BAYRAMININ 41-ci buraxılışı : 21 iyun 2023

Hər il 21 iyun tarixində dünyada və Fransada musiqi bayramı günü qeyd edilir. Bu kütləvi və tam sərbəst bayram münasibətilə peşəkar və həvəskar musiqiçilər şəhər küçələrini musiqi ifa etmək üçün zəbt edirlər. 

Tədbir ilk olaraq  "Faites de la musique !" (  "Musiqi edin !" ) adı ilə yaranıb və əsas məqsədi həvəskar musiqiçiləri Fransanın hər bir yerində ifa etməyə həvəsləndirmək olub. Bayramın ilk günündən, yay mövsümünün başlanğıcından xoş ab-havada müəllif bəstələrlə yanaşı tanınmış bəstə və mahnıları ifa edərək və sakinlərin gündəliyinə böyük sevinc qataraq musiqiçilər musiqi həyəcanı yaşadırlar. Bu gün Musiqi Bayramı 120 ölkədə qeyd olunur !

Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda fransız İnstitutu Bakıda 22 iyun saat 19.00-da Landmark Hotel də Musiqi Bayramını fransız piano ifaçısı Karol Beffanın konserti ilə qeyd edəcəklər. 

Bilet almaq üçün. 

Ətraflı məlumat üçün : https://fetedelamusique.culture.gouv.fr/L-evenement

fête de la musique bakou

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow