MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

APFAZ tərəfindən təşkil olunan fransız dilinin tədrisində aktual problemlər mövzusunda 1-ci dəyirmi masa

Aprelin 28-i “Frankofoniya günləri 2023” münasibəti ilə Bakı Avropa Liseyində Azərbaycan Fransız İnstitutunun dəstəyi (AFİ) və Azərbaycan Fransız dili Müəllimləri Assosiasiyasının (APFAZ) təşkilatçılığı ilə “fransız dilinin tədrisinin aktual problemləri: fransız dilinin gələcəyi və fransız dili karyera dili kimi” mövzusunda dəyirmi masa keçirilib. 

Günün mövzusu ilə bağlı bir sıra müzakirələrdən sonra, keçirilən sual-cavab sessiyası Azərbaycanda fransız dili ilə yanaşı, digər xarici dillərin də tədrisinin gələcəyi ilə bağlı mühim suallar ortaya çıxarıb. AFMA-ın prezidenti Gülbəniz Camalovanın moderatorluğu ilə keçirilən bu dəyirmi masada ölkənin hər yerindən yüzdən çox fransız dili müəllimi iştirak edib.

Çıxış edənlər: Azərbaycan Respublikasının  Elm və Təhsil nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri  Tural Əhmədov;  Fransa Respublikasının Azərbaycandakı Səfiri Ann Buayon; Azərbaycan Dillər Universitetinin prorektoru, keçmiş Baş Nazir Novruz Məmmədov; Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova; Foundation Courses Universitetinin direktoru/ UFC Reyhan Hüseynova.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow