MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Delf Prim: Azərbaycanda ilk dəfə

Fransız İnstitutu Azərbaycanda ilk dəfə olaraq DELF Prim imtahanlarının A1 və A2 səviyyələri üçün qeydiyyat elan edir.

 

Qeydiyyat 3- 26 aprel tarixlərinədək davam edəcək. İmtahanlar isə 15-31 may 2023-cü il tarixləri arasında keçiriləcək.

 

DELF Prim, necə ki DELF « tout public » və « junior / scolaire » eyni hüquqa malikdir.

 

DELF Prim diplomu bütün dünyada tanınır və ömürlük etibarlıdır.

 

DELF Prim diplomu başlıca olaraq uşaqların əməklərini dəyərləndirmək və həvəsverici hiss yaratmaq üçün nəzərdə tutulub. Belə ki, DELF Prim diplomunun qazanılması uşaqların gələcəyinə qoyulan sərmayədir.

 

DELF "Prim" imtahanı fransız dilini öyrənməyə başlayan bütün uşaqlar üçün nəzərdə tutulub (A1 və A2 səviyyələri). Qeydiyyat 7-11 yaş arası uşaqlar üçün açıqdır. Diqqət ! yerlər məhduddur : A1 səviyyəsi üçün cəmi 15 və A2 səviyyəsi üçün cəmi 10 yer mövcuddur !

 

Qiymətlər : 110 AZN

delf prim bakou

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow