MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

UFAZ-da Frankofoniya həftəsi keçiriləcək

 

Aprelin 10-dan 14-ə kimi Azərbaycan-Fransız Universitetində Frankofoniya həftəsi keçiriləcək.

Açılış tədirində “Heydər Əliyev - 100 il” münasibətilə sabiq Baş nazir Novruz Məmmədovun təqdimatında “Heydər Əliyev : Azərbaycan-Fransa münasibətləri” adlı konfrans təşkil olunacaq. Novruz Məmmədov 1997-2017-ci illərdə Prezident administrasiyasının xarici əlaqələr departamentinin rəhbəri olub. O. Ümummilli liderin ikitərəfli münasibətlərin inkişafında olan rolu barədə öz xatirələrini bölüşəcək. Tədbir 10 aprel tarixində, saat 16:30-da UFAZ-ın böyük konfrans zalında olacaq.

Aprelin 12-də fransız rejisor Flor Vassörün “Bigger Than Us” sənədli filmi nümayiş olunacaq. Sənədli film iqlim dəyişiklikləri, bərabərsizliklər, yoxsulluq, müharibə və immiqrasiya problemlərini və gənc qəhrəmanların onlarla necə mübarizə apradığını təsvir edir. Filmin sonunda Strasburq universitetinin professoru, Ətraf Mühit Hidro-Geokimiya Observatoriyasının rəhbəri, Doktor Marie-Claire Pierret ilə filmin müzakirəsi olacaq. Nümayiş saat 16:00-da başlayacaq. 

UFAZ tələbələri hər il olduğu kimi, bu il də Frankofoniya münasibətilə ənənəvi musiqi proqramı hazırlayıblar. Aprelin 13-də, saat 17:00-da fransız musiqisini sevənləri Landmark-ın Rotunda zalında gözləyirik. 

Frankofoniya həftəsinə Jean-Baptiste Moliere və Mirzə Fətəli Axundovu teatr pyesləri əsasında hazırlanmış “Mösye Jordan və Mösye Jourdain” tamaşası ilə yekun vurulacaq. UFAZ tələbələrinin iştirak etdiyi tamaşa UFAZ-da çalışmış fransız müəllim Lucie Philip tərəfindən səhnələşdirilib. Tamaşa aprelin 14-də, saat 17:30-da Landmarkın Rotunda zalında nümayiş olunacaq.

 

Bütün tədbirlər ictimaiyət üçün açıqdır.

francophonie ufaz

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow