AZƏRBAYCANDA FRANSIZ İNSTİTUTU (İFA)
101 fransız İnstitutu və 830-dan çox fransız Alyansı ilə Fransa dünyada ən böyük mədəniyyət şəbəkəsinə sahib ölkədir.
Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanda fransız İnstitutunun əsas vəzifələri fransız dili və mədəniyyətini, ali təhsilini Azərbaycanda tanıtmaq və iki tərəfli mədəni əlaqələri yüksək səviyyəyə qaldırmaqdır.
İFA-nın VƏZİFƏLƏRİ
- Azərbaycanda fransız mədəniyyətinin, dilinin və peşəkarlığının təbliğatına töhvə
- Azərbaycan ilə Fransa arasında mədəniyyət və təhsil sektorlarında bütün istiqamətlər üzrə ikitərəfli əlaqələri möhkəmləndirmək
İFA-nın fəaliyyətləri
Fransız İnstitutunun fəaliyyəti çoxşaxəlidir :
- Gənclərə, böyüklərə və iş adamlarına fransız dilinin tədrisi,
- Mədəniyyət sahəsində müxtəlif tədbirlərin təşkili və mədəniyyət işçiləri ilə əməkdaşlıq
- Kitabxanamız vasitəsilə fransız ədəbiyyatının və düşüncə tərzinin təbliğatı,
- Təlimçilər üçün təlimlərin təşkili
- Campus France, Fransada təhsil üzrə konsaltinq bürosu vasitəsilə Fransada təhsil almaq istəyən tələbələrə məlumatların verilməsi
