FRANSIZ DİLİ KURSLARI

UŞAQLAR ÜÇÜN QRUP DƏRSLƏRİ

Balaca Muşketyorlar

Fransız dilini oynayaraq öyrənmək !

Azərbaycanda fransız İnstitutu fransız dilini sıfırdan və ya az da olsa bilən bütün 6-8 yaş aralığı uşaqlar üçün « Les Petits Mousquetaires » dərslərini təklif edir. 

Oyunlar, musiqi və mahnılar, hekayələr və yaradıcı məşğələlər vasitəsilə uşaqlara fransız dilində səslər, sözlər və ilkin dil strukturu öyrədilir. Bu yanaşma dili əylənərək mənimsəməyə üstünlük verir və proqressiv şəkildə davam edir. 

Gülərüz və təcrübəli müəllimlər tərəfindən tədris olunan dərslər həftədə 1 və ya 2 dəfə keçirilir (1 saat)
Yaşlarına və öyrəndiklərinə uyğun olaraq kurs bitdikdən sonra uşaqlar yeniyetmələr qrupuna qoşula bilir. 

Dərslərimizin üstünlükləri

  • Uşaqların yaşına və ritmlərinə uyğun dərsliklər
  • Fəal və şən təlim üçün xüsusi hazırlanmış  Les Loustics dərsliyi
  • Fransızdilli xoş mühit
  • Qeydiyyat zamanı mərkəzin fiziki və rəqəmsal Culturethèque kitabxanasından istifadə imkanı

contact@ifa.az
WhatsApp: +994 12 596 35 80 / +994 51 207 02 98 – 99

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow