DİPLOM VƏ SERTİFİKATLAR

Campus France Azərbaycan Fransada təhsil almağa gedəcək tələbələri qarşıdan gələn səfərlərinə hazırlayır və onları müşayiət edir!

Campus France Azərbaycan Fransada təhsil almağa gedəcək tələbələri qarşıdan gələn səfərlərinə hazırlayır və onları müşayiət edir!

Xaricə getmək bəzən stresli ola bilər. Keçən həftə biz iki hazırlıq sessiyası təşkil etdik. Bu sessiyalar zamanı inzibati prosedurlar və viza müraciəti, Fransaya gəldikdən sonra görülməli vacib işlər, eləcə də Fransadakı həyat, mədəni fərqlər və Fransada xoşbəxt şəkildə uyğunlaşmaq mövzularından danışdıq.

Birinci sessiya magistraturaya qəbul olunmuş bütün tələbələr üçün təşkil edilmişdi. Bu sessiyanın təşkilinə və keçirilməsinə dəstək göstərdiyi üçün @ufaz.university təşəkkür edirik!

İkinci sessiya isə @institutfrancaisazerbaidjan baş tutdu və bakalavr pilləsinə qəbul olunmuş tələbələr üçün nəzərdə tutulmuşdu.

Fransada təhsil layihəsi gerçəkləşmək üzrə olan hər bir tələbəni bir daha təbrik edir və onlara bu yeni macərada uğurlar arzulayırıq!

Ünvanımız

Ünvan:
Füzuli küç., 67
AZ1014 Bakı şəh., Azərbaycan

İş saatı : I-V günlər, 10.00-19.00
VI gün 10.00-17.00

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow