DİPLOM VƏ SERTİFİKATLAR

15 may tarixində İFA Xəzər Universitetinin frankofon tələbələri ilə görüş keçirdi

Bu gün Azərbaycan Fransız İnstitutunda müəllimələri Lətafət Quliyevanın müşayiəti ilə Xəzər Universitetinin @_khazaruniversity_ ikinci kurs tələbələri ilə çox xoş və səmimi bir görüş baş tutdu.

Fransada təhsil imkanları ətrafında maraqlı müzakirələr, gitara müşayiəti ilə mahnılar, Azərbaycan tarixi haqqında fransız dilində təqdimatlar və yaradıcı paylaşımlarla dolu görüş çox yaddaqalan oldu.

İnstituta Paris mövzusunda çox gözəl və orijinal rəsm hədiyyə edən tələbəyə xüsusi təşəkkür edirik. Bu əsər tezliklə İnstitutda öz yerini alacaq.

Enerjiniz və fəallığınız üçün hamınıza təşəkkür edir, sizi yenidən İnstitutda görməkdən məmnun olacağımızı bildiririk !

Ünvanımız

Ünvan:
Füzuli küç., 67
AZ1014 Bakı şəh., Azərbaycan

İş saatı : I-V günlər, 10.00-19.00
VI gün 10.00-17.00

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow