DİPLOM VƏ SERTİFİKATLAR

İFA-nın danışıq klubunda diplomatik görüşlər davam edir

Bu dəfə iştirakçılar İspaniyanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Jose Pedro Torrubia Asenjo ilə görüşmək imkanı əldə etdilər.

Fransız dilində mükəmməl danışan Jose Pedro Torrubia Asenjo öz şəxsi karyerası, ölkəsi İspaniya və Azərbaycan haqqında təəssüratlarını bölüşdü. İştirakçılar suallar vermək imkanı qazandılar və müzakirələr yüksək səviyyədə keçdi.

Bu görüş bütün iştirakçılar üçün fransız dilini məşq etməklə yanaşı, Avropanın bu böyük ölkəsi olan İspaniyanı daha yaxından tanımaq üçün gözəl fürsət oldu.

Cənab müvəqqəti işlər vəkilinə bizə ayırdığı vaxta, müsbət enerjisi və yumoru üçün səmimi təşəkkürümüzü bildiririk

1

2

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow