DİPLOM VƏ SERTİFİKATLAR

Dairəvi masa “Ortaq hədəf İctimai və rəqəmsal məkanda qadın hüquqlarının müdafiəsi”

Mart ayının 7-də Fransanın Azərbaycandakı Səfirliyi , Institut Français d'Azerbaïdjan , Gender & Media WatchKitabıstan Tədqiqat Mərkəzinin əməkdaşlığı ilə “Ortaq hədəf: İctimai və rəqəmsal məkanda qadın hüquqlarının müdafiəsi” adlı panel müzakirəsi keçirildi. 

Gender & Media Watch-un rəhbəri və Kitabıstanın həmtəsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqut, Meksikanın Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və İsveçin Azərbaycandakı səfiri cənab Tobias Lorentzson spiker qismində çıxış edərək ictimai və rəqəmsal mühitdə mövcud çağırışlar, qadın hüquqlarının müdafiəsi sahəsində öz ölkələrinin təcrübələri və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşdülər. 

Geniş ictimai marağın müşayiəti ilə keçirilən tədbir interaktiv müzakirə ilə davam etdi və səfirlər auditoriyanın suallarını cavablandırdılar.

Tədbir ilə bağlı ətraflı məlumat yaxın günlərdə Kitabıstanın rəsmi veb saytında yayımlanacaq.
 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow