“Ukraynaya bax - Ukraynanın müstəqilliyinin parçalanmış hekayəsi” adlı sərgi
Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin 4-cü ildönümü münasibətilə və Fransa–Ukrayna qarşılıqlı mədəniyyət mövsümləri çərçivəsində Avropa və Xarici İşlər Nazirliyi məşhur ukraynalı fotoqraf Oleksandr Qlyadyelovun əsərlərinə həsr olunmuş “Ukraynaya bax - Ukraynanın müstəqilliyinin parçalanmış hekayəsi” adlı sərgini təqdim edir.
Azərbaycan Fransız İnstitutunda da nümayiş etdirilən sərginin açılışı 6 mart tarixində Fransa səfiri və Ukrayna səfiri tərəfindən birgə həyata keçirildi.
Sərgi Ukraynanın yaxın tarixini - 1991-ci ildə əldə olunmuş müstəqillikdən Rusiyanın təcavüzkar müharibəsinədək - həssas və təsirli şəkildə təqdim edir. Bu hekayə öz torpaqlarını və azadlıqlarını müdafiə edən qadınların, kişilərin və ailələrin güclü portretləri vasitəsilə canlandırılır.
Sərgini 6 may tarixinədək Azərbaycan Fransız İnstitutunda ziyarət edə bilərsiniz.






