FRANSADA TƏHSİL

ÉTUDES EN FRANCE : MÜRACİƏT PROSESİ

Études en France : Fransada ali təhsil müəssisələrinə müraciət prosesi

İZLƏNİLƏCƏK ƏSAS MƏRHƏLƏLƏR

 

MƏLUMAT VƏ İSTİQAMƏT – TƏHSİL LAYİHƏSİNİN HAZIRLANMASI

Uğurlu nəticə üçün öz təhsil layihənizi aşağıdakı suallara cavab verərək hazırlamalısınız:
Fransanı niyə seçirəm ? Hansı ixtisas və təhsil müəssisəsini seçirəm ? Hansı diplom üzrə təhsil alım? Hansı sahədə çalışım ? Hədəfim nədir? Təhsilimi necə maliyyələşdirəcəyəm?
Bu suallara cavab tapmaq və aydın, məntiqli layihə hazırlamaq üçün Campus France Azərbaycanın ofisi ilə əlaqə saxlaya və ya Campus France saytına baxa bilərsiniz.

 

ELEKTRON HESABININ YARADILMASI VƏ DOLDURULMASI

Études en France platformasında « Mən namizədəm – Je suis candidat(-e) » bölməsinə klikləyərək şəxsi hesab yaradın. « Qeydiyyatdan keçirəm - Je m’inscris » düyməsini sıxın və açılan menyudan « Espace Campus France Azərbaycan » seçin.
Diqqət! Səhifənin sonunda « Digər – Divers » bölməsində « J’accepte de recevoir…» seçimini qeyd edin. Bununla sizə bütün bildirişlər (müsahibə dəvəti, ödəniş məlumatı, qərarlar və s.) elektron poçtla göndəriləcək.

Lazım olan sənədlər:
a. Şəxsiyyət vəsiqəsi (pasport və ya yaşayış icazəsi)
b. Standartlara uyğun, son dövrdə çəkilmiş peşəkar şəkil
c. Aktiv e-poçt ünvanı (məlumatların və dosye nömrəsinin alınması üçün)
d. Bir səhifəlik akademik CV
e. Son üç ilin diplom və qiymət cədvəlləri
f. Tədris dilinə uyğun olaraq minimum B2 səviyyəsində fransız və/və ya ingilis dili biliyi

Seçdiyiniz təhsil müəssisələrini müəyyən edin və hər proqram üçün fərdi motivasiya məktubu yazın.

 

ONLAYN TƏQDİMETMƏ VƏ QEYDİYYAT ÖDƏNİŞİ

Bütün məlumatların düzgünlüyünü yoxladıqdan sonra dosyenizi bir kliklə təqdim edin. 150 AZN olan qeydiyyat ödənişi haqqında məlumat sizə elektron poçtla göndəriləcək. Ödəniş etdikdən sonra Campus France Azərbaycan komandası sənədlərinizi yoxlayıb təsdiqləyəcək.

Diqqət! Sənədləriniz natamam olduqda təsdiqlənməyəcək və düzəliş üçün geri qaytarılacaq. Elektron poçtunuzu mütəmadi yoxlayın.

 

QİYMƏTLƏNDİRMƏ MÜSAHİBƏSİ

Müraciət sənədləri Campus France Azərbaycan tərəfindən təsdiqlənmiş bütün namizədlər elektron məktub vasitəsilə müsahibəyə dəvət alacaqlar. Bu mərhələ namizədə öz peşəkar layihəsini təqdim etmək, məqsəd və motivasiyasını izah etmək imkanı verir. Müsahibəyə əvvəlcədən hazırlaşmaq lazımdır.

Müsahibədən sonra müraciət sənədi birbaşa seçilmiş ali məktəblərə göndərilir.

 

VİZAÖNCƏSİ PROFİLİNİN YARADILMASI

Qəbul aldıqdan sonra « Mən qəbul olunmuşam - Je suis accepté(-e) » bölməsində seçiminizi təsdiqləyin, elektron qəbul sənədini yükləyin və viza müraciəti üçün saxlayın. Əgər qəbul cavabı almamısınızsa, proses bu mərhələdə dayanır. Campus France Azərbaycan qəbul və ya rədd qərarlarına təsir göstərə bilmir.

 

Études en France müraciət prosedurunun izahlı videosu

 

VİZA MÜRACİƏTİ

Campus France Azərbaycan viza proseduruna cavabdeh deyil. Bu mərhələ yalnız Fransa Konsulluğuna aiddir.
*Diqqət! Təhsil müəssisəsindən qəbul məktubu almaq avtomatik viza alınması demək deyil.

Viza müraciəti prosedurunun izahlı videosu

 

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow