FRANSADA TƏHSİL

CAMPUS FRANCE - AZƏRBAYCAN

CF FRANCE

Campus France Avropa və Xarici İşlər Nazirliyi və Ali Təhsil, Tədqiqat və İnnovasiyalar Nazirliyinin ikili nəzarəti altında olan dövlət qurumudur. Campus France Fransa ali təhsilini xaricdə təbliğ etmək və Fransada əcnəbi tələbələri və tədqiqatçıları qəbul etmək üçün məsul bir qurumdur. Bu qurum beynəlxalq mobilliyi təşviq edir, təqaüd proqramlarını təklif edir və məzunlar şəbəkəsini idarə edir.

Campus France Agentliyinin təqdimatı

 

Video - Campus France-ın baş direktoru, Donatienne Hissard, Fransa hökumətinin və xarici hökumətlərin təqaüdçüləri də daxil olmaqla, bütün beynəlxalq tələbə və tədqiqatçıları Fransaya xoş gəlmisiniz deyərək salamlayır.

 

 

 

Campus France Azərbaycan bürosu

CF AZERBAÏDJAN

2013-cü ilin sentyabr ayından fəaliyyətə başlamış və Fransız İnstitutu nəzdində fəaliyyət göstərən Campus France Azərbaycan bürosu, Fransanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq Şöbəsinin tabeliyində fəaliyyət göstərir.


Bu mərkəz bakalavr səviyyəsindən doktoranturaya qədər Fransada ali təhsilini davam etdirmək istəyən, Azərbaycanda yaşayan azərbaycanlı və ya xarici tələbələrə yönəlib.

Əlavə məlumat üçün bizimlə e-poçt vasitəsilə (bakou@campusfrance.org), telefonla (+994 51 207 02 95) əlaqə saxlaya və ya Bazar ertəsindən Cümə gününə qədər, saat 9:00-13:00 və 14:00-18:00 aralığında Azərbaycan Fransız İnstitutunda bizimlə görüşə bilərsiniz.

facebook cf bakou     instagram cf bakou

 

 

Video - Fatma ACAR, Universitetlərarası əməkdaşlıq attaşesi, tələbələri universitet və ixtisas axtarışında addım-addım müşayiət etməyindən danışır.

 

Video - Mədinə Ramizli, Campus France Azərbaycan bürosunun koordinatoru, müraciət prosesi haqqında məlumat verir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow