Əlvida Jonathan
IFA bu ilin yayına qədər Azərbaycan Fransız İnstitutuna rəhbərlik etmiş həmkarımız Jonathan Unlunun oktyabrın 1-də Bolqarıstanda vəfat etdiyini dərin hüznlə bildirir.
Beş il ərzində Azərbaycanda İFA-nın rəhbəri vəzifəsində çalışmış Jonathan hamı tərəfindən sevilən parlaq şəxsiyyət idi və o, öz həmkarları və fransız dili müəllimləri, eləcə də Bakıdakı frankofon icmanın üzvləri və çox sayda azərbaycanlı ilə möhkəm dostluq əlaqələri qurmağı bacardı. Village français-nin təbliğatçısı olaraq o, Azərbaycanda fransız dili üçün əməkdaşlığın canlı və dinamik siması idi. Onun vəfatı hamımız üçün bir şok oldu.

Düçüncələrimiz onun yaxınları və ilk növbədə həyat yoldaşı Sandra və uşaqları ilədir. Yaxın saatlarda Azərbaycan Fransız İnstitutunda başsağlığı kitabı açılacaq.