DİPLOM VƏ SERTİFİKATLAR

Azərbaycanlı fransız dili müəllimlərinin Dünya Fransız dili Müəllimlərinin XVI Qurultayında iştirakı

Fransanın Bezanson şəhərində Dünya Fransız dili Müəllimlərinin XVI Qurultayı keçirilib. Dörd ildən bir dünyanın müxtəlif qitəsində/ölkəsində keçirilən qurultaya bu dəfə Fransanın Bezanson şəhəri ev sahibliyi edib (XVII qurultay 2029-cu ildə Hindistanda nəzərdə tutulur).

 

Qurultayda iştirak edən və Azərbaycanı təmsil edən 16 müəllimdən 4 nün səfərinin yarı qiymətini  Azərbaycanda Fransız İnstitutu öz öhdəsinə götürüb 16 müəllimin Qala gecəsində iştirakını öz vəsaiti ilə təmin edib. 

 

Onlardan, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, APFAZ ın prezidenti Gülbəniz CAMALOVA, APFAZ -ın baş katibi Günay Məmmədova və üzvləri Azelma Həsənova və Aygün Məqami. 

 

Azərbaycanlı iştirakçılar APFAZ -ın (Azərbaycan fransız dili müəllimləri assosiasiyası) nümayəndələridir. 

 

Qurultayda Gülbəniz Camalova “Hər bir fransız dili dərsi dil və linqvistik müxtəlifliyi əks etdirən mədəniyyətlərin kəsişməsidir”  (“Chaque cours du français est un carrefour de cultures montrant les diversités langagières et linguistiques ») mövzusunda çıxış etmiş, iştirakçı müəllimlər panel müzakirələrinə, sərgilərə,  atöliyelərə  qoşulmuş, qurultayın işində fəallıq göstərmiş və sertifikatlar almışlar.

 

Müəllimlərə işlərində müvəffəqiyyət arzulayırıq !

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow