DİPLOM VƏ SERTİFİKATLAR

Fransız dili müəllimi Çiçək Məmmədovanın Fransada iki həftəlik dil kursunda iştirakı

Sizinlə fransız dili müəllimi Çiçək Məmmədovanın Fransanın Lion şəhərində keçirdiyi 2 həftəlik dil kursundakı təəssüratlarını paylaşmaqdan sevinc hissi duyuruq.  

 

O, Azərbaycan Fransız İnstitutunun dəstəyi nəticəsində Lionda Lyon Bleu International adlı dil kursunun təşkil etdiyi dərslərdə və dərnəklərdə iştirak etdi. Fransız bir ailənin evində qalan Çiçək Məmmədova insani eləcə də peşəkar cəhətdən maraqlı bir təcrübə qazandığını bildirdi. 

 

Fransada o Lion şəhərini kəşf etməklə yanaşı dərslərə dünyanın dörd bir yanından gəlmiş iştirakçılarla maraqlı və zəngin anlar yaşayıb. 

 

Çiçək Məmmədova bu səyahəti bu ilin iyun ayında Bakıda keçirilmiş Village Français fransız dili müəllimləri üçün peşəartırma təlimində püşkatma yolu ilə qazanmışdır və səyahətin tam xərci Fransız İnstitutu tərəfindən ödənilmişdir. 

 

Çiçək Məmmədovanı bu uğura görə ürəkdən təbrik edirik ! 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow