DİPLOM VƏ SERTİFİKATLAR

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı : Şantal Akermana (1950–2015) həsr olunmuş retrospektiv

Fransız İnstitutu və Fransanın Bakıdakı Səfirliyi Bakının kino həyatında mühüm yer tutan @sevilfest Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı ilə tərəfdaşlığını bu il də davam etdirməkdən məmnundur. Festivalın 6-cı buraxılışının açılış mərasimi dünən axşam Landmarkda baş tutdu.

 

Builki buraxılışın əsas məqamlarından biri müasir kinematoqrafiyanın fərqli və önəmli siması olan Şantal Akermana (1950–2015) həsr olunmuş retrospektivdir.

 

Bu münasibətlə, Fransız İnstitutu Akerman ilə 30 ildən artıq yaxından əməkdaşlıq etmiş fransız-amerikalı montaj ustası Kler Atertonu Bakıya dəvət etmişdir. O, bir ustad dərsi keçəcək və retrospektivin dörd film nümayişindən sonra tamaşaçılarla fikir mübadiləsi aparacaqdır.

 

Sizləri “ziddiyyətlər” mövzusuna həsr olunmuş bu buraxılışın tam proqramı ilə tanış olmağa dəvət edirik: Beləliklə, 13 iyula qədər xeyli sayda film nümayişləri, seminarlar və dəyirmi masalar sizləri gözləyir!

 

Qaçırmayın:

6 iyul, 18:10 – Şantal Akermanın “Şərqdən” filmi

7 iyul, 18:30 – “Montajçının görünməyən əlləri: Kler Aterton ilə ustad dərsi”

7 iyul, 20:00 – Şantal Akermanın “Cənub” filmi

9 iyul, 20:10 – Şantal Akermanın “Evdən xəbərlər” filmi

11 iyul, 20:50 – Şantal Akermanın “No Home Movie” filmi

sevil1

sevil2

sevil3

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80
WhatsApp: 994 51 207 02 98/99

arrow