MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa Azərbaycan Məzunları Assosiasiyasının yaradılması

Fransa Azərbaycan Məzunları Assosiasiyası (AAAF) müvafiq Azərbaycan qurumlarında rəsmi qeydiyyatını elan edib.         

Fransa Səfirliyi bu xoş xəbərdən çox məmnundur və fürsətdən istifadə edərək Fransada təhsil almaq imkanı qazanmış yüzlərlə azərbaycanlını təbrik edir.

Bu yeni assosiasiyası ölkələrimiz arasında bütün sahələrdə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəkdir.

Assosiasiya həmçinin gənc azərbaycanlı şagird və tələbələrin Fransada ali təhsil almağa həvəsləndirilməsi və istəyin yaradılması üçün həlledici rol oynamağa çağırılır.

Ümumilikdə, assosiasiya, Fransa-Azərbaycan dostluğuna xidmət edən qarşılıqlı əlaqədə olan və bir-birinə kömək etmək iqtidarında olan səmimi və mehriban bir şəbəkə təşkil edəcəkdir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow