MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransız dili müəllimləri üçün müsabiqə : Azərbaycanlı bir müəllimə Vişi şəhərində !

Azərbaycanda Fransız İnstitutu bu il İsmayıllıda 20-24 iyun tarixlərində Azərbaycanın məktəb və universitetlərindən 75 fransız dili müəlliminini bir araya gətirən Village Français adlı ixtisasartırma təlimini təşkil etmişdir. Zəngin proqramlı təlimi Fransadan gəlmiş təlimçi heyət təklif etmişdir. Təlim çərvicəsində onlayn sorğu- sual müsabiqəsi də təşkil edildi. Ən yaxşı cavablar arasında qalib cavabı seçmək üçün püşkatmadan istifadə edildi. Müsabiqənin qalibi  Tərtər rayon Adil Həsənov adına Buruc kənd tam orta məktəbin fransız dili müəllimi Gülsaba Tağıyeva  oldu. O, 15 -26 avqust 2022-ci il tarixdə  Fransada Vişi şəhərində Cavilam Alliance Française universitetində dilçilik və pedagogika təmayüllü 15 günlük təlimdə iştirak haqqı qazandı.

 

Gülsaba xanım öz təəssüratları ilə bizimlə paylaşıb :

 

« Dərslər peşəkar müəllimlər tərəfindən aparılırdı. Təlimdə 100 dən çox ölkədən gəlmiş müəllimlərdə iştirak edirdi. Polşa, İsveçrə, Kazaxstan, Türkiyə, Malta, Mongoliyadan gəlmiş müəllimlər həm Fransızların siyasəti, həm gündəlik həyatları haqqında biliklərini artırmaq imkanlarından yararlanmışdılar. Həmçinin dərs zamanı şagirdlərimizlə istifadə edə biləcəyimiz proqramlar haqqında öyrəndik. Dərslərdə sonra müəllimlər üçün mədəni proqramda təşkil olunmuşdur. Vişi şəhərində gəzinti, Chateau d’Aulteribe ziyarəti, Clermont-Ferrand şəhərində gəzinti, vulkan Puy-de-Dome ziyarəti, şərab və pendir dequstasiyaları. Müxtəlif ölkələrdən olan peşəkar müəllimlərlə tanış olmaq və təcrübə ilə bölüşmək mənim üçün çox xoş idi. Təlimin sonunda hər bir müəllim Sertifikatla təltif olmuşdur. »

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow