MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Belçika günü

Bu şənbə 8 aprel tarixində, İFA Belçika günü münasibətilə Belçikanın rənglərinə boyanacaq!

Bu tədbir Belçika Səfirliyi və Azərbaycandakı Fransız İnstitutu tərəfindən Frankofoniya həftələri çərçivəsində təşkil olunacaq.

Tədbirlərdən biri xüsusi olaraq uşaqlar üçün Şirinlər mövzusunda təşkil olunacaqdır və saat 10:30dan etibarən səhər saatlarında davam edəcəkdir.

Belçikada təhsillə maraqlananlar üçünsə, 14:30da mütəxəssis tərəfindən təhsil imkanları barəsində təqdimat keçiriləcəkdir, sonrasında isə mövzuyla əlaqədar sual-cavab bölümü olacaqdır.

Belçikanın sizə komiks, film, musiqi və digər sahələrdə hədiyyə edə biləcəklərini kəşf etmək üçün bizi ziyarətə gəlin! 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow