MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində 18 avqust tarixində nümayişi keçiriləcək Sebastiyən Lifşitzin « Balaca Qız  » filmi

Bakı, Şəki və Lənkəran şəhərlərində 13-20 avqust 2022 tarixlərində baş tutacaq Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının 3-cü buraxılışında Azərbaycanda Fransız İnstitutu tərəfdaş qismində çıxış edəcək. 

 

Bu münasibətlə 18 avqust saat 20.00-da Salaam Cinema da Sebastiyən Lifşitzin « Balaca Qız » filminin nümayişi təşkil olunacaq. 

Sözügedən film Gent Festivalının Qran Pri, Çikaqo Festivalının Hugo d’Argent mükafatlarına layiq görülüb və  Visions du Réel eləcə də Berlinale 2020 Festivallarında nominasiyalar alıb. 

 

Xülasə : 7 yaşlı gənc oğlan Saşa 3 yaşından sanki qız uşağı imiş kimi davranır. Filmdə Saşanın gündəlik həyatı təsvir olunur, valideynlərinin, bacı və qardaşlarının onun özünü aparması haqda müzakirələri və ailəsinin digərlərinə onun fərqliliyini qəbul etmək üzrə apardıqları mübarizə əks etdirilir. Cəsarətli və sınmaz Karin, Saşanın anası, övladına qarşı təmənnasız sevgidən irəli gələn bir mübarizə aparmaqda davam edir. 

 

Filmin nümayişinə hər birinizi gözləyirik !

petite fille

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow