MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa Səfirliyinin « EU Youth Competition II » tədbirində iştirakı

Fransanın Azərbaycandakı Səfirliyi 27 iyul tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Azərbaycanda fəaliyyət göstərən « Young European Ambassadors » qrupunun birgə tərəfdaşlığı ilə təşkil etdikləri tədbirdə iştirak edib. Aİ Azərbaycandakı Nünamyəndəliyinin səfiri cənab Peter Mixalko Almaniya, Çexiya və Fransa səfirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə nitq ilə çıxış edib. 

 

Tədbirdə bütün Azərbaycandan 3-6 nəfərdən ibarət 14 komanda iştirak edib. Komandalar Aİ ölkələri haqda və İttifaqın tarixinə dair ümumi bilikləri əhatə edən sualları cavab tapmalı olublar. 

 

Fransa Səfirliyinin mədəniyyət işləri üzrə məsul şəxsi İnqrid Ponsi Fransaya aid irəlidəki sualı verib :

 

« Onun siluetini Fransada 2018-ci ildə buraxılmış 2 avro dəyərində suvenir sikkə üzərində Avropa Parlamentinin qarşısında görmək olar. Önündə Fransada uşaq salma hüququnun qüvvəyə mindiyi ili və eləcə də onun saxlanıldığı Auşvitz həbs düşərgəsindəki nömrəsini görmək olar. Bu insan kimdir ? »

simone veil

 

Düzgün cavab Avropa Parlamentinin ilk qadın prezidenti, fransalı qadın siyasətçi və qadın hüquqları mübarizəçisi Simon Vey.

 

Fransa Səfirliyi tədbirdə iştirak etmiş bütün komandaları göstərdikləri yaxşı nəticələrə görə və ələlxüsus olaraq qalib komanda « Replicants » -ı təbrik edir. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow