MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransız Xarişi İşlər Nazirliyinin dəstəyi ilə « Böyük Kəsik » arxeoloji missiyası bu yay Azərbaycanda, xüsusilə də Qaraçınar yaxınlığında qazıntıları davam etdirir

Kot d`Azur Universitetinin CNRS-Nis CEPAM tədqiqat laboratoriyasının arxeoloqu Julio Palumbi tərəfindən aparılan « Böyük Kəsik » adlanan bu tədqiqat missiyası yay ayları ərzində Goranboy rayonunun Qaraçınar ərazisində yenidən davam etdirilir. Bu missiya Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin əməkdaşlığı və birgə maliyyəsinin bəhrəsidir. « Böyük Kəsik » missiyasının azərbaycanlı və fransız əməkdaşları 2004-cü ildən bəri bir sıra ərazilərdə qazıntı işləri aparır : Ağstafa rayonunun Soyuq Bulaq, Tovuz rayonunun Menteş təpə adlanan ərazilərində və eləcə də indi əsas tədqiqat yeri olan Qaraçınarda.

 

Eradan əvvəl III minillikdə Tunc dövründə bir-birini əvəzləyən « Kür-Araz » və « Erkən kurqanlar » adlanan əhalinin həyat tərzləri ilə bağlıdır.

« Erkən kurqanlar »ın əsas qalıqları taxtadan memarlıq izləri və Qafqaz regionunda çox nadir rast gəlinən « kurqanlar » adlanan dəfn talalarıdır. Monumental ölçülərə malik bu qəbirlər çox bahalı metallardan ibarət qiymətli əşyalardan ibarətdir.

 

Qazıntıların bu yeni mövsümünün proqramına təqdiqat perimetrinin genişləndirilməsi və dərinləşdirilməsi, eləcə də keramika və bütün növ nümunələrin toplanması daxildir. Bu qazıntılar yeni elmi əsaslə nailiyyətlərə Qafqazın əcdad əhalisinin yaşam tərzini daha yaxşı mənimsəməyə imkan verir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow