DİPLOM VƏ SERTİFİKATLAR

AAAF üzvlərinin görüşü baş tutub. “İdeyalar gecəsi - 2022”-nin hazırlıqları müzakirə olunub.

Azərbaycan Fransa Məzunları Assoasiasiyasının (AAAF) üzvləri martın 31-də toplaşaraq növbəti “İdeyalar gecəsi” tədbirinin hazırlıqlarını müzakirə ediblər. UFAZ, AAAF, Fransa səfirliyi və Azərbaycan Fransız İnstitutu (Campus France) tərəfindən birgə təşkil olunacaq “İdeyalar gecəsi - 2022”, may ayının 26-da, Azərbaycan-Fransız Universitetində keçiriləcək.

 

AAAF-ın sədri Vazeh Əskərov cəmiyyət üzvlərini salamlayıb və Məzunlar birliyinin ötən ilin oktyabrında Fransanın Azərbaycandakı səfirliyi, UFAZ və Fransa-Azərbaycan Ticarət Palatası ilə birgə təşkil etdiyi “Əmək və Karyera sərgisinin” uğurla baş tutduğunu vurğulayıb.

 

2020-ci ilin yanvarında keçirilən sonuncu “İdeyalar gecəsi”-dən 2 il sonra tədbirin bu ilki buraxılışı “Yenidən birgə qurmaq” adlanacaq, deyə Fransa səfriliyinin mədəniyyət və əməkdaşlıq üzrə müşaviri Jerom Kel bildirib. Paris Fransız İnstitutu pandemiyadan sonra yeni dünya qurmaq barədə fikir mübadiləsi aparmaq üçün 4 mövzu təklif edib. İdeyalar gecəsi Azərbaycan Fransa məzunlarının dialoq və fikir mübadiləsi aparması üçün toplaşacağı bir tədbir olacaq.

 

AAAF – Azərbaycan Fransa Məzunları Assosiasiyası 2021-ci ildə yaradılıb və hal-hazırda 300 nəfər Fransada təhsil almış şəxsi özündə birləşdirir.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow