DİPLOM VƏ SERTİFİKATLAR

Fransanın Azərbaycanlı Məzunlar Assosiasiyasının təsis edilməsi ilə bağlı görüş baş tutmuşdur. (UFAZ, 18/12/2020).

18 dekabr 2020-ci il tarixində Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru Vazeh Əsgərovun təşəbbüsü və Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə, Fransanın Azərbaycanlı Məzunları Assosiasiyasının yaradılması məqsədilə, Fransada təhsil almış bir qrup azərbaycanlı məzunlar (bəziləri online olmaqla) UFAZ-da görüşmüşlər. İclasda əksəriyyəti Strazburq Universitetini bitirmiş və müxtəlif peşə sektrolarını təmsil edən 10 Fransa məzunu iştirak etmişdir. Onların arasında biznez sektrou (TOTAL), dövlət sektoru (Milli Turizm Agentliyi), ali təhsil sektoru (UFAZ, Dillər Universiteti), orta təhsil sektoru (Bakı Fransız Liseyi), mədəniyyət sektoru (YARAT, müxtəlif mədəni proyekt rəhbərləri tərəfindən mədəni tədbirlərin təşkili), eləcə də UFAZ-ın yeni yaradılmış Məzunlar Assosiasiyasının nümayəndəsi iştirak edirdi.

 

İclasın əsas məqsədi yaradılacaq məzunlar assosiyasitanın missiyası, görüləcək işlər və fəaliyyət növlərini hazırlamaq məqsədi ilə yol xəritəsinin işlənməsi idi. Eyni zamanda, müasir Azərbaycan gənclərinin Fransa universitetlərində təhsil almağı təbliğ etmək və Fransanın Azərbaycandakı səfirliyi ilə qarşılıqlı əlaqələrin yaradılması və həmçinin Fransa ali təhsilinin yüksək səviyyəli həm özəl, həm də dövlət sektorundan olan bir sıra azərbaycanlı kadrların hazırlanmasına verdiyi töhfəni ictimaiyyətin nəzərinə çatdırmağı hədəfləyir.

 

Assosiasiyanın fəaliyyəti üçün irəli sürülən ilk təkliflər arasında CCIAF (Fransa-Azərbaycan ticarət və sənaye palatası) ilə birgə əməkdaşlıq çərçivəsində fransızdilli və digər tələbələr üçün nəzərdə tutulmuş Fransız-Azərbaycan iş yarmarkasının təşkili, təhsil sahələrinə uyğun olaraq məzunlar tərəfindən müxtəlif mövzulu konfransların təşkili, sosial şəbəkələrdə yayımlamaq üçün videolarının hazırlanması, təhsil yarmarkalarında və ya məktəb və universitetlərdə təqdimatlar zamanı Campus France heyəti tərəfdən məzunların çıxışı və s. yer alır.

 

İclasda eyni zamanda assosiyasiyanın fəaliyyətinin və hüquqi olaraq yaradılması üçün rəsmi addımların atılması razılaşdırılmışdır.  

 

Görüşdə həmçinin iştiak edən Fransa səfirliyinin əməkdaşlıq və mədəni işlər üzrə müşaviri Jerom Kell və səfirliyin akademik və elmi işlər üzrə ataşesi Klemans Felippon assosiyasıyanın yaradılması üçün səfirliyin mənəvi və maddi dəstəkləyəcəyini bildirmişlər.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow