MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

İsmayıllıda Village Français 2022 : Azərbaycanın fransız dili müəllimləri üçün ixtisasartırma təlimi.

Azərbaycanda Fransız İnstitutu bu il İsmayıllıda 20 – 24 iyun tarixlərində Azərbaycanın məktəb və universitetlərindən 75 fransız dili müəllimini bir araya gətirən Village Français adlı ixtisasartırma təlimini təşkil edib. 

 

Zəngin proqramlı təlimi Fransadan gəlmiş təlimçi heyət təklif edib. Belə ki, Bezanson Universitetinin Tətbiqi Dilçilik Mərkəzinin Fransız Dili Xarici Dil üzrə ekspertləri xanım Od DÜBÜİSON və xanım Frederik MELKOR, Fransız Dili Xarici Dil müəlliməsi xanım Kati REVEL və Filologiya və Fəlsəfə müəllimi cənab Benua FİLU və sonda Azərbaycanda Fransız İnstitutunun İcraçı Direktoru cənab Conatan ÜNLÜ təlimçi heyətin üzvləri idi. 

 

Təlim çərçivəsində onlayn sorğu-sual müsabiqəsi də təşkil edildi. Ən yaxşı cavablar arasında qalib cavabı seçmək üçün püşkatmadan istifadə edildi. Qalib Tərtər rayon Buruc kəndinin orta məktəb fransız dili müəlliməsi Gülsəba Tağıyeva oldu və o 2022-ci ilin yay fəslində Fransada dilçilik və pedaqogika təmayüllü 15 günlük təlimdə iştirak haqqı qazandı.  

 

Fransız dili və pedaqogika üzrə intensiv təlim işlərindən əlavə iştirakçılar istirahət vaxtından səmərəli istifadə etdilər. Belə ki, onlar İsmayıllının kəndlərini kəşf etdilər və fransız musiqiçilərinin zəngin repertuarlarından karaoke ifa etdilər. 

 

Fransanın Azərbaycandakı səfiri və APFAZ-ın üzvləri 23 iyun tarixində iştirakçıları həvəsləndirmək üçün İsmayıllıya səfər etdilər. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olundu. 

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow