MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Frankofoniya Regional Universitet Agentliyinin direktoru cənab Mohamed Ketatanın Təhsil Nazirinin müavini Muxtar Məmmədov ilə görüşü.

Frankofoniya Universitet Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa Regional Ofisinin direktoru cənab Mohamed Ketata 22 iyun 2022-ci ildə Bakıda Təhsil Nazirinin müavini Muxtar Məmmədov tərəfindən qəbul edilib. Görüşdə vurğulanıb ki, artıq iki Azərbaycan universiteti Frankofoniya Universitet Agentliyinin (AUF) regional şəbəkəsinin üzvüdür. Bunlar Azərbaycan Dillər Universiteti (ULA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetidir (UFAZ). Cənab Ketata digər Azərbaycan universitetlərini də Mərkəzi və Şərqi Avropada artıq 150 universitetin üzv olduğu bu şəbəkəyə qoşulmağa çağırıb. O, şəbəkəsinə üzv olan universitetlərin fransızdilli tələbə və müəllimlərinin regionlararası mobilliyinin xeyrinə fəaliyyət göstərən Frankofoniya Universitet Agentliyinin əsas missiyalarını xatırladıb. Bununla bağlı o, məlumat verib ki, Frankofoniya Universitet Agentliyi (AUF) azərbaycanlı tələbələri bu şəbəkənin universitetlərinə və əksinə mobilliyini maliyyələşdirir. O, həmçinin qeyd edib ki, Frankofoniya Universitet Agentliyi (AUF)  Azərbaycan universitetlərində fransız dilinin tədrisinin və öyrənilməsinin gücləndirilməsinə, xüsusən də tələbələrin şifahi ifadə bacarıqlarını dəstəkləmək üçün 10 ay müddətində fransız dili ixtisası üzrə dilin daşıyıcısı olan müəllimlərin universitetlərin sərəncamına verilməsini birgə maliyələşdirə bilər. Nazir müavini bu perspektivləri alqışlayıb və həmçinin Azərbaycanda fransız tələbələrin sayının artırılması ilə bağlı istəklərini ifadə edib. Cənab Ketatanı bu görüşdə Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri cənab Jerom Kel müşayiət edib.      

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow