MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Campus France Azərbaycan, Fransa təhsilini təbliğ etmək üçün azərbaycanlı tələbələrlə görüşür

Campus France Azərbaycan komandası UNEC (Dövlət İqtisad Universiteti), UFAZ (Azərbaycan-Fransız Universiteti), Slavyan Universiteti və ADU (Azərbaycan Dillər Universiteti) tələbələri ilə görüşüb və onlara Fransada bakalavr, magistratura və doktorantura pillələrində təhsil imkanlarını təqdim edib. 

 

Fransa digər Qərb ölkələri ilə müqayisədə münasib qiymətə dünyanın ən yaxşı universitetləri arasında yer alan universitetlərdə ali təhsil almaq üçün bir çox imkanlar təklif edir. Azərbaycanlı tələbələr üçün də təqaüdlər ayırılıb. Təsadüfi deyil ki, Fransa hər il 350.000 beynəlxalq tələbəni ali təhsil müəssisələrinə qəbul edir.

 

Bundan əlavə, fransız dilini bilməyən əcnəbi tələbələrin Fransada ingilis dilində, xüsusən də magistratura səviyyəsində 1700-dən çox proqrama çıxışı var ki, bu da Fransanı həyatın bütün təbəqələrindən olan tələbələr üçün prioritet seçim məkanına çevirir. Azərbaycanlı tələbələr də bu ildən etibarən “Etudes en France” platformasındakı sadələşdirilmiş prosedurdan yararlanıblar ki, bunun da sayəsində bütün prosedurlar onlayn və daha asan şəkildə həyata keçirilir.

Buna görə də biz xaricdə təhsil almaqla maraqlanan bütün tələbələri Fransanı seçməyə dəvət edirik. Siz Qərbi Avropanın mərkəzində dünyanın hər yerindən gələn tələbələr arasında inanılmaz anlar yaşayacaqsınız, eyni zamanda biliklərinizi faydalı təcrübə ilə zənginləşdirəcəksiniz.

 

“Campus France Azzərbaycan” komandası tələbələrə Fransada təhsil almaları ilə bağlı məsləhət və köməklik göstərmək üçün hazırdır. Əgər bu məlumat sessiyalarından birində iştirak etmək şansınız yoxdursa, vebsayta daxil olun https://www.campusfrance.org/en , e-mail və telefon vasitəsilə bizimlə əlaqə saxlayın : bakou@campusfrance.org ; 0512070295, və Instagram və Facebook üzərindən elanları izləməyi unutmayın. 

 

Biz tezliklə digər universitetlərdə və onlayn olaraq yeni təqdimatlar edəcəyik ki, mümkün qədər çox tələbə Fransada təhsil imkanları haqqında məlumat əldə etsin. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow