MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

İsmayıllıda VİLLAGE FRANÇAIS 2022. Azərbaycanın fransız dili müəllimlərinin nəzərinə. Qeydiyyatdan 1 iyun 2022 tarixinədək keçin !

İsmayıllıda VİLLAGE FRANÇAIS 2022-nin yeni buraxılışı keçiriləcək

Azərbaycanın fransız dili müəllimlərinin nəzərinə. Qeydiyyatdan 1 iyun 2022 tarixinədək keçin !

 

Təlimin keçirilmə tarixləri : 20 – 24 iyun 2022

Təlimin keçiriləcəyi məkan : Ismayilli Resort

 

Azərbaycanda Fransız İnstitutu (İFA) 20-24 iyun tarixlərində İsmayıllıda Village français 2022 təlim tədbirini təşkil edəcək. 

 

Azərbaycanın məktəb, lisey və universitetlərinin fransız dili müəllimlərinə ünvanlanacaq təkmilləşdirmə dərsləri Fransanın Bezanson şəhərinin Tətbiqi Dilçilik Mərkəzinin iki təlimçi fransız müəllimi və digər fransız və azərbaycanlı müəllimləri tərəfindən keçiriləcək. 

Təlimdə iştirak üçün təlim, yaşayış və qidalanma xərclərini İFA öz üzərinə götürəcək. İştirakçılar isə öz növbələrində yol xərclərini qarşılamalı olacaqlar. 

 

Vacib məlumat : təlim müddətində iştirakçılar üçün müsabiqə təşkil ediləcək və müsabiqənin qalibinə 2022-ci ilin yay aylarında Fransada dilçilik və ya pedaqoqika üzrə təlimdə iştirak üçün səyahət hədiyyə olunacaq. 

 

Village Français 2022- də iştirak üçün irəlidəki formanı 01/06/2022 tarixinədək doldurmağınız xahiş olunur

 

Yerlər məhdud olduğundan, iyun ayının əvvəli seçilmiş namizədlər ilə əlaqə saxlanılacaq. 

 

Ətraflı məlumat üçün bizimlə irəlidəki nömrələr ilə 012 596 35 80 yaxud 051 207 02 99 əlaqə saxlaya, contact@ifa.az elektron ünvanına isə məktub yazaraq müraciət edə bilərsiniz. 

 

village français 2022 ismayilli

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow