MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransada magistratura təqaüd proqramının başlanması münasibətilə mərasim

UFAZ-ın bakalavr pilləsini başa vurmuş 10 yeni tələbəsi üçün TotalEnergies və Fransa Səfirliyi tərəfindən birgə maliyyələşdirilən 2022-2024-cü illəri əhatə edəcək Fransada magistratura təqaüd proqramının başlanması münasibətilə mərasim

 

Mayın 12-də Fransanın Azərbaycandakı Səfiri cənab Zakari Qros və TotalEnergies EP Abşeron şirkətinin Baş Direktoru cənab Regis Aqut, UFAZ-ın bakalavr pilləsini başa vurmuş 10 yeni tələbəsi üçün TotalEnergies və Fransa Səfirliyi tərəfindən birgə maliyyələşdirilən Fransada magistratura təqaüd proqramının başlanmasına dair ikitərəfli saziş imzalayıb. Bu mərasim UFAZ-da (Azərbaycan-fransız Universitetində) Azərbaycan Neft və Sənaye Universitetinin Rektoru cənab Mustafa Babanlı və UFAZ-ın Direktoru cənab Vazeh Əsgərovun himayəsi ilə baş tutub.  

 

2022-ci ildə UFAZ-ı bitirən bu 10 tələbə bu təqaüdlər sayəsində 2022-ci ildən 2024-cü ilə qədər Fransada iki il tam magistratura proqramlarını davam etdirəcək. Bu, proqramdan faydalanan UFAZ tələbələrinin ikinci nəslidir. Birinci nəsil 2020-2022-ci illər üçün 10 təqaüddən faydalanıb. Bu buraxılışın 10 tələbəsi bu yay təhsilini başa vuracaq.  

 

Keçən fevral ayında seçim imtahanlarından keçən 10 yeni təqaüdçü bu mərasimdə iştirak edib və onlar Səfir, TotalEnergies EP Abşeron şirkətinin Baş Direktoru, Fransa səfirliyinin əməkdaşlıq  və mədəniyyət müşaviri cənab Jerom Kel və Total Energies EP Abşeron şirkətinin əməkdaşlıq şöbəsinin müdiri cənab Anar Rəsulov ilə tanış oldular və müəyyən müzakirələr apardılar. 

 

UFAZ-ın Kompüter Elmləri, Yer Elmləri, Kimya Mühəndisliyi, Neft və Qaz Mühəndisliyi üzrə bakalavr dərəcəsi alan 10 təqaüdçüsü sentyabr ayında öz ixtisasları üzrə (Süni İntellekt, Biotexnologiya, Bərpa olunan Enerji, Gələcəyin Materialları və s.) dünyada tanınan Polotexnik Məktəbi, Sorbonna, Paris-Saclay, Strasburq Universiteti və ya Qrenobl-Alp Universiteti  kimi fransız universitetlərində təhsillərini davam etdirəcəklər. Bu tələbələr riyaziyyat və məntiq üzrə yazılı testlərdən ibarət seçim prosesindən keçiblər, daha sonra isə akademik və peşəkar təcrübələri və layihələri ilə yanaşı, xüsusilə fransız və ingilis dili səviyyələri qiymətləndirilib.

 

İmzalanmış müqavilədə qeyd olunur:

 

- TotalEnergies Abşeron hər bir təqaüdçüyə Fransada yaşayış xərclərini, eləcə də Azərbaycan və Fransa arasında səyahət xərclərini və intensiv fransız dili öyrənmə kursunun mümkün təşkilini əhatə edən aylıq təhsil müavinəti verir.

- Fransa Səfirliyi onlara Fransa hökuməti təqaüdçüsü statusu verir, bu status universitet qeydiyyatı, yaşayış yeri tapmaqda yardım, Fransada sosial sığorta və pulsuz viza verilməsini əhatə edir. 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow