MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransa Sizi şənbə günü 14 may tarixində saat 11.00-dan 17.00-dək “Avropa Şəhərciyi”ndə qarşılayacaq

Fransa Sizi şənbə günü 14 may tarixində saat 11.00-dan 17.00-dək “Avropa Şəhərciyi” tədbiri çərçivəsində Dənizkənarı Bulvarda qarşılamağa hazır olacaq !

 

Hər kəsi Avropa İttifaqı ölkələrini Bakıda gəzməyə və tanımağa - “Avropa Şəhərciyi”nə dəvət edirik. Artıq ənənə halını almış bu tədbir 14 Mayda Dənizkənarı Bulvarda baş tutacaq. Siz burada Avropa İttifaqına üzv ölkələri tanımaqla yanaşı, maraqlı oyunlara qoşulub əylənə biləcəksiniz.

Ailəniz, dostlarınız, yaxınlarınızla birgə yaddaqalan bir gün keçirmək üçün hər birinizi “Avropa Şəhərciyi”ndə gözləyirik!

 

Fransa səfirliyi ilə Fransız İnstitutunun stendində siz Fransada təhsil haqda, təqaüd imkanları haqda, fransız dili dərsləri və beynəlxalq fransız dili imtihanları haqda, « Culturethèque » onlayn frankofon kitabxanası haqda ( kitab, media, musiqi, sənədli vəsaitlər ) və ən əsası dünya üzrə turist axınının lideri Fransa haqda ətraflı məlumat əldə edəcəksiniz. Ələlxüsus olaraq, tədbir boyunca fransız mətbəxinin dadlı təamlarından dada biləcək və kiçik müsabiqələrdə iştirak edərək bir çox hədiyyələr qazana biləcəksiniz !  

 

Tədbir yeri: Dənizkənarı Bulvar (Panoram karuselin qarşısı)

Saat: 11:00-17:00

Axşam konserti: 18:00-21:00

eu eu az

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow