MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Art Tower Qalereyasında “Calamity” filminin nümayişi

3 aprel 2022-ci ildə "Calamity" filmi Frankofoniya 2022 mövsümü çərçivəsində Art Tower Qalereyasında nümayiş etdirildi.

Filmi Fransa səfirliyinin əməkdaşlıq və mədənniyyət müşaviri, Azərbaycan Fransız İnstitutunun direktoru Jerom Kelle və mədəniyyət attaşesi İnqrid Ponsi təqdim ediblər.

"Calamity", ailəsinə kömək etmək və həyatını istədiyi kimi yaşamaq üçün hər şeyi etməyə hazır olan güclü xarakterə malik gənc qız olan "Calamity Jane" ləqəbli Marta Jane Cannary-nin hekayəsindən ilhamlanan fransız cizgi filmidir.

Bu, 2015-ci ildə “Tout en Haut du Monde ” (Annesi Festivalında Tamaşaçı Mükafatı) filmi ilə beynəlxalq tamaşaçıların xəyalına çevrilmiş rejissor Remi Şayenin ikinci bədii filmidir. “Calamity” Annesi-də Kristal animasiya mükafatına layiq görülüb və Sezar 2021-də “Ən yaxşı cizgi filmləri” nominasiyasına namizəd olub.

Otuza yaxın insan filmin nümayişdə iştirak etdi və nümayişdən sonra birgə xoş anlar paylaşdılar.

1

2

3

4

5

6

7

8

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow