MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Frankofoniya – Kino : şənbə günü 3 aprel 2022 saat 17.00-da Art Tower Gallery-də « Calamity » filmi

Frankofoniya – Kino : şənbə günü 3 aprel 2022 saat 17.00-da Art Tower Gallery-də « Calamity » filmi – Fransa Kinosunun silsilə filmləri !

 

Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu Frankofoniya 2022 mövsümü münasibətilə sizləri « Cinéma français » (« fransız Kinosu ») silsilə proqramında təklif etdiyi 5 fransız filmini kəşf etməyə dəvət edir ! 

 

Remi Şayenin « Calamity » filmi. Macəra janrında hər yaşa uyğun « Calamity » filmi  Kalamiti Jeynin həyatı haqda bəhs edir. Filmin nümayişi şənbə günü 3 aprel 2022 saat 17.00-da Art Tower Gallery-də (İçərişəhər, Kiçik Qala 105) keçiriləcək.  

 

Remi Şayenin « Calamity » filmi

 

Xülasə : Amerika Birləşmiş Ştatları, 1863-cü il. Qərbə doğru daha yaxşı həyat ümidi ilə yollanan yük arabaların birində Marta Jeynin atası yaralanır. Ailə arabasının sükanına keçən Marta atlara qulluq ilə də məşğul olur. Çətin şəraitə baxmayaraq Marta özünü bu qədər azad heç vaxt hiss etməmişdi. O, at çapmaq üçün əyninə şalvar geyinməkdən çəkinmir. Səfərin başçısı Abraham üçün bu hərəkət hədsiz cəsarət təzahürüdür. Oğruluqda təqsirləndirilən Marta məcburən uzaqlaşmalı olur. Oğlan uşağl geyimində digərlərini tərk edərək Marta özünə bəraət qazanadırmaq üçün yeni həyata damğa vurur və onun yeni şəxsiyyəti getdikcə təsdiqlənir. 

 

Altyazıları  : türkcə

 

Film nümayişində iştirak üçün (yalnız 30 yer) 31 mart tarixinədək leyla.aliyeva@diplomatie.gouv.fr elektron ünvanına müraciət edin. 

kalamiti

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow