MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Frankofoniya 2022 Günləri münasibətilə Litvanın Azərbaycandakı səfirliyinin təqdim edir Sərginin təqvimi : 6-8 aprel, saat 11.00-dan 17.00-dək

loqasi                                        kaunas kim lan                                logo lituav

 

Frankofoniya 2022 Günləri münasibətilə Litvanın Azərbaycandakı səfirliyinin təqdim etdiyi sərgi

«Art Tower Gallery» - Ünvan : Bakı şəhəri, İçərişəhər, Kiçik Qala küçəsi 105

Sərginin təqvimi : 6-8 aprel, saat 11.00-dan 17.00-dək 

Açılış mərasimi : 5 aprel saat (giriş dəvətnamə ilə) 

 

Kaunas – Avropanın 2022-ci il üçün mədəni paytaxtı təqdim edir  : Martinas Plepisin « Mənim optimizmim » sərgisi

Fransız dilində təqdim edilmiş foto-sərgi.

 

Dövlətlərin sərhədlərinin anında dəyişdiyi, iki müharibə arasında Litvada və Avropada baş vermiş tarixi hadisələr fonunda Kaunas şəhəri önəmli yer tuturdu. 

Bu dövrün mirası sayılan və bu günədək toxunulmaz qalan modernizm üslubunda inşa edilmiş 6 000 bina mövcuddur. 

 

Kaunas şəhərinin modernist memarlığı, UNESCO-nun Ümumdünya irs obyektləri siyahısına daxil olmaq üçün müsabiqədə iştirak edir. Məhz bu namizədliyə həsr olunan fotoqraf Martinas Plepisin foto-sərgisində müasir üslubda fəaliyyət göstərən fotoqrafın öz doğma şəhəri qurduğu bağları müşahidə etmək olar. 

« Doğma şəhərim Kaunasın modernist üslublu memarlığı məni uşaqlıq illərimdən müşayiət edir. Ailəmin bütün üzvləri, babamdan anamadək, hamı Kaunasda modernist üslublu binalarda işləmiş və bu memarlıq üslubuna xüsusi rəğbət bəsləmişlər. Şəhərdə gəzişərkən və binaları səyr edərkən insanın ağlına « İçərisində görəsən nə var ? », « Bunların tarixi görəsən nədir ? » sualları gəlir. Kaunas şəhərinin memarlığının müxtəlif tərəflərini nümayiş etdirmək üçün fotolarımı sözügedən binaların əsas hissələrinə və onlardan irəli gələn dəyərlərə həsr etmişəm. Binaların interyerini çəkərkən insanlara ümumi baxış növündən fərqli olaraq detallara nəzər yetirmələrini istəyirəm. Kaunasın modernizm üslubunda tikilmiş binalarını əks etdirən hədiyyə foto-suvenirlər üçün 2011-ci və 2015-2017-ci illərdə silsilə fotolar çəkmişəm ».

 

Martinas Plepis həmçinin onu vurğulayır ki, 2020-ci ildə şəhərin memarlıq üslubunu UNESCO-nun Ümumdünya irs obyektləri siyahısına daxil etmək üçün, onun çəkdiyi fotolardan istifadə edilib.

 

Kaunas – Avropanın 2022-ci il üçün mədəni paytaxtının əsas ideyası şəhərin modernist memarlığının, çətin dövrlərə baxmayaraq, müasir şəhər yarada bilməsidir. 

 

Kaunas şəhərinin Avropanın 2022-ci il üçün mədəni paytaxtı seçilməsi münasibətilə  memarlıq və mədəni irs proqramlı « Gələcək üçün Modernizm » platforması 2022-ci ildə 365-dən çox mədəni tədbirlər təqdim etməyi və « Modernizm 360/365 » adlı bir beynəlxalq sərgi də təklif edəcək. 

 

Ətraflı məlumat üçün :  https://kaunas2022.eu/en

 

kaunas kim lan bu

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow