MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Azərbaycan Respublikası Təhsil nazirliyində Baş mütəxəssis Rövşən Ağayevin “Fransız dili dərsləri” kitabının fransız dilində nəşrinin təqdimatı. 

logogo                                                                        ufazik 

Azərbaycan Respublikası Təhsil nazirliyində Baş mütəxəssis Rövşən Ağayevin “Fransız dili dərsləri” kitabının fransız dilində nəşrinin təqdimatı. 

 

8 aprel, saat 16:00, Azərbaycan-Fransız Universiteti (Nizami küçəsi 183). 

Yer sayından asılı olaraq giriş sərbəstdir. 

Konfrans Azərbaycan dilinə tərcümə ilə fransız dilində olacaq. 

 

Müəllif və kitab haqqında. Rövşən Ağayev 1949-cu ildə anadan olub. Humanitar və texniki təhsilini başa vurduqdan sonra, o, 1972-ci ildən 1982-ci ilə qədər neft sənayesində çalışıb. 3 sənədli əsərin və 40-dan çox elmi məqalənin müəllifi olmaqla yanaşı, bir müddət müəllim və jurnalist kimi çalışıb. Rövşən Ağayev 25 ildən çox dövlət orqanlarında fəaliyyət göstərib. Azərbaycan Respublikası Ali Sovetinin və Azərbaycan Respublikası Təhsil nazirliyinin fəxri diplomları ilə təltif olunub. 

 

Oxuculara təqdim olunan povestdə hazırda təqaüddə olan bir azərbaycanlı fransız dili müəlliməsindən bəhs olunur. Əsərdə fransız dilini öyrənmək üçün dərsin necə maraqlı aparılması ətraflı təsvir edilir. Povestdə Azərbayca-Fransa əlaqələrinin tarixinə və inkişafına xüsusi diqqət ayrılıb. Müəllif əsərdə cəmiyyətin mənəvi və sosial həyatı ilə bağlı mühüm fəlsəfi məsələlərə toxunur.  

 

rovshanaghayev

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow