MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Yanvarın 25-də saat 18.00-da Kapellhaus Baku-da “Frantz” filminin nümayişi

Bu gün, yanvarın 22-də almanlar və fransızlar onilliklər boyu davam edən dostluqlarını qeyd edirlər. Barışıq, dostluq və ümumi perspektivin əsas təməli olan Elysee müqaviləsindən düz 59 il keçməyinə baxmayaraq Fransa-Almaniya dostluğu əbədiyən gənc olaraq qalmaqdadır. Bunun rəmzi olaraq, 22 yanvar 2019-cu ildə Axen müqaviləsi ilə yenilənərək bir daha öz təsdiqini tapdı: Almaniya və Fransa Avropanın iki ayrılmaz ürək kamerasını təşkil edirlər.

Bu günü qeyd etmək üçün səfir Maniq və səfir Gross yanvarın 25-də saat 18.00-da Kapellhaus Baku-da “Frantz” filmini birlikdə nümayiş etdirəcəklər. Film Alman-Fransız birgə istehsalıdır və Birinci Dünya Müharibəsindən sonrakı çətin dövrün kontekstində bir sevgi hekayəsindən bəhs edir.

 

Giriş sərbəstdir. Girişdə COVID-19-a qarşı tam peyvənd sertifikatı təqdim edilməlidir. Yerlər məhduddur.

Francais Allemands Bakou

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow