Azərbaycan Milli İncəsənət Muzeyində "Paul Nadar: Bakıya əsrarəngiz səyahət" fotoqrafiya sərgisilə 15 fevral 2022 tarixinədək yaxından tanış ola bilərsiniz
Azərbaycan Milli İncəsənət Muzeyində "Paul Nadar: Bakıya əsrarəngiz səyahət" fotoqrafiya sərgisilə 15 fevral 2022 tarixinədək yaxından tanış ola bilərsiniz
17 dekabr 2021-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində "Paul Nadar: Bakıya əsrarəngiz səyahət" fotoqrafiya sərgisinin açılış mərasimi baş tutmuşdur. Sözügedən fotoqrafiya sərgisi Pol Nadarın 1890-cı ildə bölgəyə ( İstanbuldan Daşkəndə ) səfəri zamanı çəkdiyi fotoşəkilləri əks etdirir. Pol Nadar səyahət zamanı Tbilisidə, Səmərqənddə və təbii ki Bakıda olmuşdur.
Sərgidə həmçinin Pol Nadarın atası məşhur fotoqraf Feliks Nadarın fotoportretlərini çəkdiyi zəmanənin tanınmış simaları yer alır (Aleksandr Düma, Jorj Sand, Jül Vern və digərləri.).
Azərbaycanda ilk dəfə təqdim olunan bu fotoşəkillər 130 illik tarixi olan orijinal foto-neqativlərin əsasında çap olunublar. Bu gözəl sərgini 15 fevral tarixinədək Azərbaycan Milli İncəsənət Muzeyində kəşf edə bilərsiniz.
Xoş istirahətlər !
Tarix : 15 fevral 2022 tarixinədək
Məkan : Azərbaycan Milli İncəsənət Muzeyi (Niyazi küç., 9-11)
İş saatları : 10.00 – 18.00 (bazar ertəsi bağlıdır)
Pol Nadar
Qala divarları ilə örtülü küçədə çadralı qadınlar, 1890.
Bakı, Azərbaycan
Pol Nadar
Şəhərin girişində qoşa qala qapıları, 1890.
Bakı, Azərbaycan
Feliks Nadar, Aleksandr Düma, Paris, 1860-cı illər.
Pol Nadar
Xəzər dənizinin sahillərində qayıqlar, 1890.
Bakı, Azərbaycan
Pol Nadar
Məscid minarəsi, 1890.
Bakı, Azərbaycan