MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Eurovision Junior 2021 : Fransanı « Tic Tac » mahnısı ilə təmsil edəcək Enzonu dəstəkləyin

 

Avroviziya junior 2021 mahnı müsabiqəsi sayca 19-cu buraxılışını qeyd edir. Müsabiqə 19 dekabr 2021 tarixində Fransanı 2020-ci ildə J’imagine  mahnısı ilə təmsil edən Valentinanın qalibiyyətindən sonra Fransada, La Seine musicale   səhnəsində Bulon-Biyankurda təşkil olunacaq. Sözügedən müsabiqəsi ilk dəfə Fransada keçiriləcək. 

 

Avropa və Orta Asiyadan ümumilikdə isə 19 ölkədən (Azərbaycan da daxil olmaqla) çıxış edəcək 9-14 yaş kateqoriyasına aid musiqiçilər birinci yer üzrə mübarizə aparacaqlar. 

 

Fransanı bu il müsabiqədə 13 yaşlı gənc ifaçı Enzo təmsil edəcək. Əsl adı Enzo Hiler, atası təyyarə pilotu olduğundan Fransa, Makao və Honq Konq şəhərləri arasında yetkinlik yaşına çatmışdır. O, Fransanı bəstəkarlar Alban Liko və Lea İvanın ərsəyə gətirdikləri Tic Tac mahnısı ilə təmsil edəcək. 

 

« Onun enerjisi, istedadı, onun səsi Fransanı layiqincə təmsil edəcəyinə ümid verir», bu sözləri Avroviziyada Fransa nümayəndə heyətinin başçısı Aleksandra Red-Amiyel bir müsahibə zamanı Enzo haqda söyləmişdir. 

 

Müsabiqənin gənc qalibi tamaşaçıların (50 %) və müxtəlif ölkələrdən olan peşəkar münsif heyəti arasında keçirilən səsvermənin (50 %) toplamı nəticəsində təyin olunur. Böyüklər üçün olan müsabiqədən fərqli olaraq Junior Avroviziyada öz olkən üçün səs vermək imkanı mövcuddur. Səs vermək üçün https://junioreurovision.tv/ saytına 17 dekabr tarixindən Bakı saatı ilə saat 20.00-dan qoşularaq istədiyiniz üç ölkəyə səs verə bilərsiniz. 

 

Azərbaycanı bu il « One of those days », mahnısı ilə təmsil edəcək Sona Əzizovanı yaddan çıxarmayaq və ona dəstək duraq.

 

Enzo Baku

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow