Dekabrın 14-də, axşam saat 18:00-da UFAZ-da "Qus - balaca quşun uzun səyahəti" ("Gus : petit oiseau, grand voyage") adlı fransız animasiya filmi nümayiş olunacaq.
Oktyabr və noyabr aylarında Fransız İnstitutunda təqdimatdan sonra, UFAZ (Fransız-Azərbaycan Universiteti) dekabrın 3-dən 20-dək fransız animasiya filmlərinə həsr olunmuş "Animasiya filmləri : la French touch" adlı sərgiyə ev sahibliyi edir. Bu, Fransız İnstitutunun UFAZ-ın istifadəsinə verilmiş sərgisidir.
Dekabrın 14-də, axşam saat 18:00-da UFAZ-da "Qus - balaca quşun uzun səyahəti" ("Gus : petit oiseau, grand voyage") adlı fransız animasiya filmi nümayiş olunacaq. İFA tərəfindən təhvil verilmiş film fransız dilində və ingilis altyazı ilə nümayiş olunacaq.
Film haqqında: Afrikaya miqrasiya öncəsi köçəri quşların başçısı Darius ac bir pişik tərəfindən ölümcül yaralanır. Yanında o zaman heç kəs olmadığından, Darius bütün sirləri və yolları qarşısına çıxan ilk quşa etibar edir. Həmin o quş - Qus olur. Məzəli, həyəcanlı balaca quşcuğaz köçəri quşları sağ-salamat mənzil başına çatdırmalıdı.
Filmə baxmaq üçün events@ufaz.az email ünvanına ad və soyadınızı göndərə bilərsiniz.
İştirakçılardan COVID-19 vaksin və ya immunitet sertifikatını tələb olunur.