MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Seçiminiz İF Cinéma -nın « Ailə & Bayramlar » mövzusuna özəl filmləri : 1 – 31 dekabr 2021 tarixlərində evdən onlayn və ödənişsiz izləyə biləcəyiniz filmlər.

 

Seçiminiz İF Cinéma platforması 1 – 31 dekabr 2021 tarixlərində ilsonu bayramlar münasibətilə ailəvi istirahət üçün nəzərdə tutulmuş seçmə filmlərini təklif edir. Təklif fərdi istifadə üçün nəzərdə tutulub və qeydiyyatsız eləcə də onlayn şəkildə təqdim olunur !

 

Proqram :

 

Adria Qarsiyanın « Ma Famille et le Loup » filmi

Xülasə : 9 yaşlı Üqo yay tətillərini nənəsi Saranın evində öz xala və dayı uşaqları ilə keçirir. Uşaqlar canavarın nənələrinin axtarışında olduğunu öyrəndikləri zaman onu qorumaq məqsədilə unudulmaz macəraya başlayırlar.

 

Altyazıları : İngiliscə , İspanca, Portuqalca, Vyetnamca

 

Qzavye dö Şudensin « Damien veut changer le Monde » filmi

Xülasə :  Aktivist öhdəliklər uğrunda mübarizə aparan valideynlərinin qayğısını görən Damyen və bacısı Melani xoşbəxt uşaqlıq illəri sürüblər. Anaları həyatını dəyişdikdən sonra ailənin mübariz ruhu sönür. Damyen 20 il sonra ibtidai sinif müəllimi kimi işə başlayır. O, gözü önündə bir şagirdi məktəbdən qovulma riskini yaşayarkən keçmişini yada salır və bacısı ilə dostlarını bir araya toplayıb yeni mübarizəyə başlayır. Həmrəylik göstərərək onlar verilən qərarı dayandırmağa nail olurlar. Bununla da hər şeyə start verilir…

 

Altyazıları : İngiliscə , Bosniya dili, İspanca, Portuqalca, Rusca

 

Görüş yeri Seçiminiz İF Cinéma!

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow