MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Seçiminiz İF Cinéma -nın « Miras » mövzusunda seçmə filmləri : onlayn və tam ödənişsiz fransız filmləri. 10 iyul – 10 avqust tarixlərində.

Seçiminiz İF Cinéma -nın « Miras » mövzusunda seçmə filmləri. 10 iyul – 10 avqust tarixlərində fransız kinematoqrafiyasının tarixi önəm daşıyan filmlərini kəşf edin. Biri rus, digər türk ümumilikdə isə ingilis və fransız dillərində alt-yazıları ilə dahi fransız rejissorlarının 3 filmini və Afrika bölməsindən bir qısametrajlı filmə baxa bilərsiniz.

 

Proqramda :

 

Lui Malin « Zazie dans le métro » filmi

Balaca 12 yaşlı Zazi Paris dəmiryolu vağzalına çatan qatardan düşür. Onu həftəsonunu sakitcə sevgilisi ilə keçirmək üçün dayısı Qabriyelin yanında qoyan anası müşayiət edir. 

 

Alt-yazıları : Türk, Rus, İngilis, Fransız, Ərəb, İspan, Macar

 

Anri Jorj Kluzonun « L’Assassin habite au 21 » filmi

 

Parisin Monmartr rayonunda 4 cinayət törədilib. Hər birinin üzərində M.Durand imzası. Komisar Vens ilkin istintaq işlərini həyata keçirən zaman « Les Mimosas » ailəvi qonaq evi mərkəzinin vizit kartını aşkar edir. Həmin mərkəzdə istirahət üçün qeydiyyatdan keçir. Cinayət aktları səngimir. 

 

Alt-yazıları : İngilis, İspan, İvrit, Alban, Tailand, Ukrayna, Yunan, Ərəb, Macar, İtalyan

 

Jan Pyer Melvilin « Le Silence de la mer » filmi

 

Son dünya müharibəsi ərəfəsində alman ofiserlərindən biri yaşlı cənabın qardaşı qızı ilə yaşadığı evində müvəqqəti qalır. Fransaya və onun mədəniyyətinə aşiq olan bu ofiser hər gün ev yiyələrinə baş çəkir və öz fikirləri ilə bölüşür. Buna baxmayaraq ev yiyələri onun qarşısında səssiz qalırlar. 

 

Alt-yazıları : İngilis, Fransız, İspan, Macar, Tailand, Yunan

 

Umaru Qandanın « Cabascabo » filmi

 

Fransanın Hind-Çində müşahidə korpusunun afrikalı snayperi Nigerə öz vətəninə var-dövlət ilə qayıdır. Onu bayram edərək qarşılayırlar. Səxavətli xasiyyətə malik o bütün pullarını ətrafı ilə paylaşır və qısa zamanda hamı tərəfindən tərk edilir. 

 

Alt-yazıları : İngilis, Fransız, İspan, Portuqal

 

Filmlərə necə baxmaq olar ?

Çox asan ! Sadəcə linkə daxil olaraq

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow