My French Film Festival « Cannes Special Edition » buraxılışı ilə 6-17 iyul 2021 tarixlərində qarşınızda !
MyFrenchFilmFestival-ın keçmiş buraxılışlarının uğurlu filmləri və Kan Festivalında maraqla qarşılanan eləcə də 10 dildə alt-yazıları ilə mövcud 24 filmi 6-17 iyul tarixlərində kəşf edə bilərsiniz !
Təqdimat
MyFrenchFilmFestival.com layihəsinin məqsədi gənc frankofon kinematoqrafçıların işlərini tanıtmaq və internet istifadəçilərinə fransız kinosuna göstərdikləri səvgini bölüşməkdir. Pandemiyadan sonra dünya üzrə ilk baş tutmuş mühim tədbir Kan Festivalının 2021-ci il buraxılışıdır. MyFrenchFilmFestival Cannes Special Edition sadiq izləyicilərinə eləcə də dünyanın dörd bir yanından kino severlərə bu gözəl kino bayramında iştirak etmək imkanı yaradır. Proqramda təklif olunan geniş fransız filmləri sırasında artıq öz imzası ilə tanınmış kinematoqrafçılar ilə yanaşı gənc istedadlarında layihələri yer almışdır.
Festivalda nece iştirak etmək olar ?
https://www.myfrenchfilmfestival.com saytına 6-17 iyul 2021 tarixlərində dünyanın dörd bir yanından daxil olaraq bir çox uzun və qısametrajlı filmlərə baxa bilərsiniz.
Proqramda olan filmlər 10-dan çox dildə alt-yazıları ilə təklif olunur. Qısametrajlı filmləri həmçinin UniFrance-ın YouTube kanalından (@unifrance), MyFrenchFilmFestival-ın Facebook səhifəsindən (@myfrenchfilmfestival) və MyFrenchFilmFestival-ın İnstagram hesabından (@myfrenchfilmfestival) izləyə bilərsiniz.
Proqram
Uzunmetrajlı filmlər :
Tessa Luiz Salomenin « Mr. X » filmi
Mr X sənədli filmi fransız kinematoqrafının ən mübahisəli rejissorlarından biri haqqdadır. 80-cı illərdə tənqidlərə məruz qalan gənc istedad Leos Karaks tez bir zamanda 20-ci əsrin « ləhnətə gəlmiş şair » -inə dönür.
Rebeka Zlotovskinin « Belle Epine » filmi
17 yaşlı Prüdans Friedman bir neçə gün öncə anasını itirir. O, ailə ocağında tək başına qalır və məktəbində texniki işlərlə məşğul olan Marilin ilə tanış olur. Marilin ona Rungis şəhərinin təhlükəli yolları ilə tanış edir.
Kristian Ruonun « Tous au Larzac » filmi
Şən və ehtiraslı Larzakın kənd təsərrüfatı işçiləri Marizet, Kristian, Pyer, Leon, Xose və digərləri Hakimiyyətə qarşı, zəifin güclüyə müqavimət göstərdiyi kimi, mübarizə aparırlar. Öz torpaqlarını qorumaq üçün onlar birləşirlər və döyüşə inamla irəliləyirlər.
Alis Vinokurun « Augustine » filmi
Paris, qış 1885-ci il. Pitié Salpêtrière xəstəxanasında professor Şarko isteriya xəstəliyini öyrənir. 19 yaşlı Oqüstin, professorun hipnoz nümayişlərinin məşhur iştirakçısı onun sevimli pasientinə çevrilir.
Sandrin Bonnerin « J'enrage de son absence » filmi
10 illik fasilədən sonra Jak artıq ailə həyatı qurmuş və altı yaşlı Polun anası Madonun həyatında peyda olur. Keçmiş cütlüyün münasibətləri həlak olmuş bir övlada bağlıdır. Mado həyatını yenidən qurmağa bacarır halbuki Jak bunun öhdəsindən gələ bilmir və Pol ilə tanışlığı onu şoka salır.
Antonən Peretyatkonun « La Fille du 14 Juillet » filmi
14 iyulda Luvr muzeyində Trükət ilə tanışlıqda sonra Hektor fikri zikri onu cəlb etmək olur. Bunun üçün ən münasib yol onu və onun rəfiqəsi Şarlotu dostu Pator ilə birgə dənizə aparmaqdır.
Tomas Liltinin « Hippocrate » filmi
Benjamən dahi həkim olacaq, o bundan şübhələnmir. Lakin atasının iş yerində keçdiyi təcrübə bunun tam tərsi olur. Praktika nəzəriyyədən daha qəliz olur.
Olivye Babinenin « Swagger » filmi
Swagger filmi bizi Fransanın ən yoxsul yaşayış məntəqələrində yaşayan 11 təəccüb doğuran xasiyyətə malik uşaq və yeniyetmənin həyatını kəşf etməyə aparır.
Lüdovik Bukerma, Zoran Bukerma, Mariyel Qotye və Üqo P. Tomasın « Willy 1er » filmi
Ekiz qardaşının ölümündən sonra 50 yaşlı Villi ilk dəfə olaraq ailəsində uzaq bir kəndə köçür. Uyğunlaşmağa çətinlik çəkən Villi tanımadığı həyatı kəşf etməyə başlayır.
Zabu Breytman və Elea Qobbe-Mevellekin « Les Hirondelles de Kaboul » filmi
1998-ci ilin yay fəsli, Kabul dağıntılar içində taliban qruplaşması tərəfindən işğal edilib. Gənc Mohsen və Zunayra bir-birilərinə aşiqdirlər. Gündəlik zorakılığa və kasıbçılığa rəğmən gələcəyə ümid ilə baxırlar.
Qısametrajlı filmlər :
Mari Amaşukeli və Kler Bürjenin « C'est gratuit pour les filles » filmi
Vənsan Mariyetin « Le Meilleur Ami de l'homme » filmi
Lui Qarrelin « Petit Tailleur » filmi
Benjamən Paranın « Ce n'est pas un film de cow-boys » filmi
Kleman Treən Lalanın « Aïssa » filmi
Demi Erengerin « Guy Moquet » filmi
Yan Dölatrın « Jeunesse des loups garous » filmi
Selin Dövonun « Le Repas dominical » filmi
Marina Diabinin « La Fin du dragon » filmi
Antuan dö Barinin « L'Enfance d'un chef » filmi
Liz Akoka və Roman Qerenin « Chasse Royale » filmi