MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Seçiminiz İF Cinéma -nın Musiqi Bayramına özəl buraxılışı : onlayn və ödənişsiz fransız filmləri. 10 iyun – 10 iyul 2021

Seçiminiz İF Cinéma -nın Musiqi Bayramına özəl silsilə filmləri. Fransada və dünyada 21 iyun qeyd olunan Musiqi Bayramı münasibətilə 10 iyun – 10 iyul tarixlərində 4 sənədli musiqili və 3 qısametrajlı ingilis, rus və fransız dillərində mövcud alt-yazıları ilə filmi kəşf edə bilərsiniz. 

 

10 iyun – 10 iyul tarixlərində mövcud filmlər

 

4 musiqi üslubunun (rumba, elektro və klassik musiqi) tarixini təqdim edən 4 sənədli film. Sözügedən sənədli filmlər ilə yanaşı Paris Milli Operasının « 3ème Scène » seçmə mərhələsində qalib gəlmiş 3 qısametrajlı film həmçinin təqdim olunacaqdır. Filmlər fransız dilində rus, ingilis və fransız dillərində alt-yazıları ilə mövcud olacaqlar. 

 

Sənədli filmlər :

 

  • - David Andrenin « Chante ton bac d’abord » filmi.
    Chante ton bac d’abord filmi Fransanın böhrandan əziyyət çəkmiş Boulogne-sur-Mer adlı şəhərində bir qrup dostun hekayəsi haqqdadır. Xəyal və məyus anlar ilə dolu bir il. 

 

  • - Jülyan Starkın « French Waves » filmi.
    Fransız elektro musiqi üslubunun yaradıcıları Jan Mişel Jardan başlayaraq Loran Qarnyeyə qədər yeni musiqiçilər Jak və Ron elektro musiqisinin tarixini izah edirlər. Film müasir gənclərin baxış tərzləri əsasında fransız elektro musiqisinin tarixi haqqda bəhs edir.

 

  • - David Pyer Filanın « Sur les chemins de la rumba » filmi.
    Sur les chemins de la Rumba filmi bizi dünyanın o biri tayına asta yollar ilə aparır. 

 

  • - Tyeri Ojenin « Quand les mains murmurent » filmi.
    Paris musiqi və rəqs Milli Ali Konservatoriyasında orkestr idarəetməsi fakültəsinin 10 tələbəsi sənətinə aşiq və istiqanlı müəlliminin dərslərində iştirak edirlər. 

 

Qısametrajlı filmlər :

 

  • - Jüli Delikenin « Violetta » filmi. 

İki aktrisa Parisin Bastiy Operası ilə Qüstav Rusi VilJüif Xəstəxanasının dolaşıq koridorlarının kəsişmələrində bir xəstəliyi canlandırırlar. 

 

  • - Karim Musauinin « Les divas du Taguerabt » filmi.

Karim Musaui ölkəsi Əlcəzairdə Operaya bənzər bir məkan axtarışındadır. Heyətini başına yığıb səhraya səyahətə çıxaraq bir neçə qadının mağarada "Taguerabt" (Gourara nəğməsi) musiqisini ifa etməklərini lentə almaq istəyir.

  • - Jan Stefan Bronun « Vers le Silence » filmi.

2017-ci ildə « L’Opéra » sənədli filmindən sonra, rejissor Jan Stefan Bron Paris Operasının musiqi Direktoru Filip Jordanın və Paris Operasının Orkestrinin müşayiəti altında Qüstav Malerin paradokslar olaraq səssizlik prinsipinə uyğun interpretə olunmuş n°9 Simfoniyasının məşqlərində iştirak edir.

 

Filmlərə necə baxmaq ? 

Çox asan ! Bir toxunuşla

 

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow