MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

İİB-Fransa (İslam İnkişaf Bankı və Campus France Agentliyi) təqaüdlərinin alınması üçün müraciətlər açıq elan olunur.

Avropa və Xarici İşlər Nazirliyi və İslam İnkişaf Bankı, Campus France-ın idarəçiliyi ilə 42 müxtəlif ölkənin Fransada ali təhsil almaq istəyən tələbələri üçün il ərzində 200 yerlik mükəmməl akademik nəticələr əsasında təqaüd proqramı irəli sürür.

 

İİB-Fransa təqaüd proqramının əsas məqsədi, İİB-nın üzv ölkələrinin (Azərbaycan üzvdür) akademik səviyyələri mükəmməl olan yerli tələbələrininin Fransada ali təhsillərini davam etdirmələrini təmin etməkdir. Bu elan 2021-2022-ci tədris ilində fransız ali təhsil müəssisəsində bakalavrın sonuncu, yəni, III kursuna və ya magistraturaya qeydiyyatdan keçmiş tələbələrə ünvanlanır. 2020-ci ildə bu proqramdan yararlanaraq 57 tələbə Fransaya yola düşmüşdür.

 

   -  Bakalavr dərəcəsi üçün təklif olunan təhsil sahələri :

 

Həyat və tibb elmləri, Ekologiya elmləri, Təhsil, Mühəndislik, Kənd təsərrüfatı, İnformatika və informasiya texnologiyaları, Fundamental elmlər, iqtisadiyyat, maliyyə və bank, Sosial elmlər.

  -  Magistratura dərəcəsi üçün təklif olunan təhsil sahələri :

 

Kənd təsərrüfatının davamlı inkişafı, Təhsil, Davamlı inkişafda təhsil, İqlim dəyişkənliyi, Enerji, Davamlı inkişafda olan şəhərlər, İqtisadi, sosial və ekoloji məsuliyyətli artım, Tullantıların idarə olunması, Demoqrafik artım, Ekoloji/yaşıl kimya, Biomüxtəliflik, Plastika və mikroplastikalara görə çirklənmə, Su və gigiyena, Sağlamlıq, İnkişaf üçün İKT, İnfrastrukturların innovasiya və inkişafı, İqtisadiyyat, maliyyə və islam bankı, İnkişafla bağlı sosial elmlər.

İİB-Fransa təqaüdünün üzərinə düşən öhdəliklər :

 

- Fransa dövlət təqaüdçüsü statusu : viza rüsumunun ödənişsiz olması, Tədqiqat və İnnovasiyalar üzrə Ali Təhsil Nazirliyinin idarəçiliyi altında olan müəssisələrdə qeydiyyat ödənişlərindən azad olunma, yaşayış yeri tapmaqda yardım, tibbi sığorta, mədəni məşğuliyyət və s.

- Ekonom klass təyyarə bileti

- 700€ aylıq təqaüd (www.isdb.org saytından təqaüd şərtlərinə baxmaq – bəzi hallarda təqaüd qazanan tərəfindən bu təqaüd ödənişinin qaytarılacağı halı olduğu üçün diqqətlə yoxlayın)

Müraciət qaydaları : 

- Şəkilli CV (1 səhifə)

- Təqaüd qazanmaq üçün motivasiyanızı izah edən niyyət məktubu (1 səhifə) 

- Tələbənin Fransada müraciət etdiyi ixtisasların tam siyahısı

- Fransız dilində təhsil üçün beynəlxalq fransız dili sertifikatı (DELF və ya TCF B2, minimu B1) və/və ya ingilis dilində təhsil üçün ingilis dili sertifikatı (IELTS, TOEFL, B2)

 

Müraciət dosyesi 31 mart 2021-ci il tarixindən əvvəl ünvanına clemence.phelippeau@diplomatie.gouv.fr göndərilməlidir.

ISDB

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow