MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Mommy » filmin nümayişi (2014)

Kan Festivalının 70-ci buraxılışı uğurla başa çatmışdır.

AFİ xüsusi olaraq Kan Festivalı üçün, müsabiqə çərçivəsində mükafat qazanan, nominasiya olunan və ya sadəcə festival sayəsində tanınan filmlərin iyun iyul aylarında nümayişini keçirəcək. Nümayişdə Fransız kinematoqrafiyasının nümunəvi filmlərindən başlayaraq ən yeni filmlər təqdim ediləcək.

Bu münasibətlə AFİ-nun kino klubu həftəlik proqramını sizin nəzərinizə çatdırır.

22 iyul şənbə günü saat 18:00-da
Kzavye Dolanın « Mommy » filmi (2014)
Film fransız, ingiliscə və fransızca alt yazıları ilə nümayiş etdiriləcək.


Kitabxana və kursların üzvləri üçün giriş sərbəstdir. 
Digər tamaşaçılar üçün sərbəst ödəniş tətbiq edilir.

Xülasə :

Dul qadın çılğın və şıltaq övladını himayəyə götürür. Çətinliklərlə üz-üzə qalan ana bala qonşu Kylanın dəstəyi ilə mübarizə aparırlar.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow