MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

« Fatima » filmin nümayişi (2015)

Kan Festivalının 70-ci buraxılışı uğurla başa çatmışdır.

AFİ xüsusi olaraq Kan Festivalı üçün, müsabiqə çərçivəsində mükafat qazanan, nominasiya olunan və ya sadəcə festival sayəsində tanınan filmlərin iyun iyul aylarında nümayişini keçirəcək. Nümayişdə Fransız kinematoqrafiyasının nümunəvi filmlərindən başlayaraq ən yeni filmlər təqdim ediləcək.

Bu münasibətlə AFİ-nun kino klubu həftəlik proqramını sizin nəzərinizə çatdırır.

28 iyul Şənbə günü, saat 18:00-da
Filip Fokonun « Fatima » filmi (2015)
Film fransız dilində, rus alt yazıları ilə nümayiş etdiriləcək.


Kitabxana və kursların üzvləri üçün giriş sərbəstdir. 
Digər tamaşaçılar üçün sərbəst ödəniş tətbiq edilir.

Xülasə :

Fatima yeniyetmə yaşlarında olan Souad və tibb fakültəsinin birinci kurs tələbəsi olan Nesrine adlı qızları ilə birgə yaşayır.Fatima fransız dilini yaxşı bilmir və onun qızları ilə gündəlik həyatdakı əlaqəsi heç də ürək açan deyil. Qızları onun qüruru,narahatlığı və motivasiya mənbəyidir.Fatima onlara yaxşı gələcək bəxş etmək üçün gecə saatlarına kimi qulluqçu kimi işləyir. Bir gün o pilləkəndən yıxılır. İşini dayandıran Fatima indiyə kimi qızlarına fransız dilində deyə bilmədiklərini ərəb dilində yazmağa başlayır.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow